Bank Of Baku

Estoniyadakı Azərbaycan icması Tallinndə uşaq və gənclik mərkəzi açıb

Estoniyadakı Azərbaycan icması Tallinndə uşaq və gənclik mərkəzi açıb
# 21 dekabr 2006 08:42 (UTC +04:00)
Estoniyadakı Azərbaycan icması paytaxt Tallinn şəhərində “Fidan” uşaq və gənclik mərkəzi açıb. APA-nın xəbərinə görə, açılış mərasimində mərkəzin yaradılmasında rol oynamış şəxslər Estoniyanın təhsil və əhali nazirləri, şəhər rəhbərliyinin nümayəndələri, Azərbaycan-Estoniya parlamentlərarası dostluq qrupunun üzvləri və Türkiyənin Estoniyadakı səfiri iştirak ediblər. Estoniyada rəsmi olaraq 800 azərbaycanlının yaşadığı bildirilsə də, Azərbaycan icması öz ətrafında 2 minə yaxın insanı birləşdirir. İcma azərbaycanlı uşaqların öz ana dillərini və mədəniyyətlərini unutmaması üçün ciddi işlər görür. Bu məqsədlə bazar günü məktəbi yaradılıb və Azərbaycan dilində qəzet nəşr edilir. Yeni uşaq və gənclik mərkəzinin tərkibində isə uşaq bağçası, idman zalı və müxtəlif dərnəklər fəaliyyət göstərəcək. Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev bildirib ki, “Fidan” uşaq və gənclik mərkəzinə təkcə azərbaycanlıların övladları yox, digər millətlərdən olan uşaqlar da qəbul olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR