Yevlaxda yüksək səviyyəli mebel istehsal ediləcək

Yevlaxda yüksək səviyyəli mebel istehsal ediləcək
# 23 dekabr 2006 08:37 (UTC +04:00)
Yevlax şəhərində inşası başa çatdırılmış “Lalə” tikiş fabrikində yeni əlavə sex quraşdırılır. APA-nın Qarabağ bürosunun xəbərinə görə, müəssisə tam gücüylə fəaliyyətə başladıqdan sonra 1000 nəfər daimi iş yeri ilə təmin ediləcək. Rayon ərazisində mövcud olan kənd təsərrüfatı texnikalarının və mühərriklərin təmiri zavodu “Yevlax təmir” ASC-nin fəaliyyəti bərpa olunub. Avtomobillər üçün akkumulyator istehsal edən sex də artıq istifadəyə tam hazırdır. Yevlaxda yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan ARFA mebel fabrikində isə yüksək səviyyəli mebel istehsal ediləcək. Fabrikdə ilk vaxtlar 250 nəfər çalışacaq. Bu rəqəmin müəyyən müddətdən sonra bir neçə dəfə artırılması planlaşdırılır. Bu günlərdə istifadəyə veriləcək daha bir müəssisə isə “Gilan” Dəri Emalı Zavodudur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR