Qax rayonunun Turaclı kənd sakini özünü asıb

Qax rayonunun Turaclı kənd sakini özünü asıb
# 23 dekabr 2006 09:09 (UTC +04:00)
Qax rayonunun Turaclı kəndində intihar hadisəsi qeydə alınıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayonunun tibbi ekspertiza həkimi Şeyx İmaməliyev məlumat verib. Ş. İmaməliyev bildirib ki, dekabrın 22-də axşam saatlarında rayonun Turaclı kənd sakini, 1962-ci il təvəllüdlü Mustafa Musa oğlu Qazıyev özünü asıb. İntiharın səbəbini öyrənmək məqsədilə hazırda rayon prokurorluğunda araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR