Lənkəranda kənd təsərrüfatı və sənaye məhsullarının satış yarmarkası keçirilir

Lənkəranda kənd təsərrüfatı və sənaye məhsullarının satış yarmarkası keçirilir
# 23 dekabr 2006 09:30 (UTC +04:00)
Bu gün səhər saat 9-da Lənkəran şəhərinin Dəmiryolu vağzalı ərazisindəki meydanda böyük bayram yarmarkası açılıb. APA-nın Cənub bürosunun məlumatına görə, şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan yarmarkada həm Lənkəran, həm də ətraf rayonların sakinləri üçün yeni il qabağı ucuz və keyfiyyətli kənd təsərrüfatı və sənaye məhsulları satılır. Yarmarkada Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad, Qəbələ və Qobustan rayonların kəndli-fermer təsərrüfatları ilə yanaşı, Bakıdakı bir neçə şirkətin də məhsulları satışa çıxarılıb. Axşam saat 19-dək davam edəcək yarmarkada rayonun bədii özfəaliyyət kollektivlərinin çıxışı da nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR