“Böyük yolun davamçısı” mövzusunda konfrans keçirilib

“Böyük yolun davamçısı” mövzusunda konfrans keçirilib
# 23 dekabr 2006 10:14 (UTC +04:00)
Gülüstan Sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Böyük yolun davamçısı” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP sədrinin birinci müavini, partiyanın icra katibi Əli Əhmədov Azərbaycan prezidenti İlham Əliyevin siyasi fəaliyyəti və xidmətləri haqqında danışıb. Ə. Əhmədov bildirib ki, Azərbaycanın sürətli və hərtərəfli inkişafı Heydər Əliyev və onun davamçısı İlham Əliyevin adı ilə bağlıdır: “Güclü lider olmadan ölkənin siyasi və iqtisadi cəhətdən inkişafı da mümkün deyil. İlham Əliyev bu uğurları əldə etdiyi üçün Azərbaycan durmadan inkişafdadır”. Sonra millət vəkili Nizami Cəfərov “Yeni zaman - yeni lider” mövzusunda məruzə ilə çıxış edib. Dövlət rəsmilərinin, nazirlərin və millət vəkillərinin iştirak etdiyi tədbirdə İlham Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunan “Vədinə sadiq prezident” kitabının təqdimatı keçirilib. Kitabın müəllifi Cavanşir Abduləzimov, məsləhətçisi Bəxtiyar Sadıqovdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR