Səlim Müslümov: “Pensiyaların 40 manata çatdırılması ilə bağlı sərəncam 1 milyon 178 min nəfərə şamil olunacaq”

Səlim Müslümov: “Pensiyaların 40 manata çatdırılması ilə bağlı sərəncam 1 milyon 178 min nəfərə şamil olunacaq”
# 23 dekabr 2006 10:32 (UTC +04:00)
Pensiyaların 40 manata (AZN) çatdırılması ilə bağlı prezident sərəncamı 1 milyon 178 min nəfərə şamil olunacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov məlumat verib. S. Müslümov bildirib ki, sərəncam millət vəkili, Ombudsman Aparatının əməkdaşı və Mərkəzi Seçki Komissiyasının üzvləri kimi pensiya alanlara şamil olunmayacaq: “Xüsusi güzəştli kateqoriyalara aid olanların, vəfat etmiş və ya şəhid olmuş milli qəhrəmanların ailə üzvlərinin pensiyaları iki dəfə artacaq. Şəhid ailələrinin üzvlərinin hər birinə verilən pensiyanın baza hissəsi 30% artır. Yəni artım 5 manat yox, 6 manat 50 qəpik təşkil edir. Bu, yeni ildən tətbiq olunduğu üçün şəhid ailələri üzvlərinin pensiyası 9 manat artacaq. Ümumilikdə isə aylıq artım 6 milyon manat təşkil edəcək”. S. Müslümov deyib ki, yanvar ayında növbəti artım olacaq ki, bu da sığorta hissələrinin artımı ilə bağlıdır. Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliyə əsasən 2006-cı ildən pensiyaya çıxanların pensiyalarının hesablanması zamanı əməkhaqqlarında məhdudiyyət tətbiq olunmayacaq. Bu da o deməkdir ki, artıq sadə vətəndaşların pensiyalarının təyinatı zamanı onların dövlət qulluqçularına və digərlərinə nisbətdə üstünlükləri olacaq: “Dövlət qulluqçularının pensiya təminatı haqqında qanunda bu, 80 faizlə məhdudlaşdırılırdı. Amma bizim vətəndaşların köhnə qanunla 85%-ə qədər, bəzən 100%-ə qədər pensiya almaq hüququ var idi. Əməkhaqqında məhdudiyyətlər ortadan qaldırılsa, kifayət qədər əmək stajı olan şəxs 2004-2005-ci illərin əməkhaqqının 85%-i həcmində pensiya almaq hüququ qazanacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR