Beynəlxalq Qırmızı Xaç Komitəsi azərbaycanlı əsirin qaytarılması barədə məlumat yayıb

Beynəlxalq Qırmızı Xaç Komitəsi azərbaycanlı əsirin qaytarılması barədə məlumat yayıb
# 23 dekabr 2006 11:22 (UTC +04:00)
Komitənin Azərbaycan nümayəndəliyindən APA-ya daxil olan məlumata görə, əməliyyat təmas xəttində Azərbaycanın Ağdam rayonu ərazisində həyata keçirilib. Neytral vasitəçi kimi iştirak edən BQXK öz mandatına uyğun olaraq azad olunmuş hərbi qulluqçunun ötürülməsini bütün tərəflərin müraciətinə əsasən və onların tam əməkdaşlığı şəraitində həyata keçirilib. Təhvil vermə əməliyyatından əvvəl BQXK-nın nümayəndələri geri qayıtmaq arzusunda olduğunu təsdiqləmək üçün saxlanılan şəxslə görüşüb.
Qeyd edək ki, 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı regionda fəaliyyətə başladığı vaxtdan bəri BQXK 660 nəfərin repatriasiya olunmasına və ya ötürülməsinə kömək edib. Ehtiyac yarandığı təqdirdə, təşkilat gələcəkdə də bu cür əməliyyatlara dəstək göstərəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR