Binəqədidəki “Şəlalə” və “Təbiətin Bəxşişi” restoranlarında əxlaqsızlıq yuvası aşkarlanıb

Binəqədidəki “Şəlalə” və “Təbiətin Bəxşişi” restoranlarında əxlaqsızlıq yuvası aşkarlanıb
# 25 dekabr 2006 08:56 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları Binəqədi rayonu ərazisində yerləşən “Şəlalə” və “Təbiətin Bəxşişi” restoranlarında əxlaqsızlıq yuvası aşkarlayıblar. Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib. “Şəlalə” restoranında əxlaqsızlıq yuvası təşkil etmiş Siyəzən şəhər sakini Vüqar Hüseynov, “Təbiətin Bəxşişi” restoranında əxlaqsızlıq yuvası təşkil etmiş Zəngilan rayon sakini Elşən İsmayılov və Sumqayıt şəhər sakini Zaur Nəbiyev həbs olunublar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR