Biləcəridə yaşadığı evin hasarı üstünə uçan 5 yaşlı qız uşağı ölüb

Biləcəridə yaşadığı evin hasarı üstünə uçan 5 yaşlı qız uşağı ölüb
# 25 dekabr 2006 11:11 (UTC +04:00)
Bakının Biləcəri qəsəbəsində yaşadığı evin həyət hasarının uçması nəticəsində 5 yaşlı qız uşağı ölüb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, M. Hüseynzadə küçəsi 27 a ünvanında yaşayan 2001-ci il təvəllüdlü Aişə Şirəliyeva həyətdə olarkən hasar onun üstünə uçub. Hasarın altında qalan A. Şirəliyeva ölüb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR