Bank Of Baku

Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin sabiq şöbə rəisi Kamil Sədrəddinov aclıq aksiyasını dayandırıb

Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin sabiq şöbə rəisi Kamil Sədrəddinov aclıq aksiyasını dayandırıb
# 25 dekabr 2006 15:07 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin sabiq şöbə rəisi Kamil Sədrəddinov dekabrın 23-də aclıq aksiyasını dayandırıb. Bu barədə APA-ya açıqlamasında K.Sədrəddinovun vəkili Oqtay Gərəkməzli məlumat verib. Vəkil bildirib ki, K.Sədrəddinovu məcburən yedirtmək istəyiblər. K.Sədrəddinov isə zorakılıqla üzləşməmək üçün aksiyanı dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, K.Sədrəddinov dekabrın 13-dən aclıq aksiyasına başlayıb. O, məhkəmədə son söz söyləyərkən özünə və ailəsinə qarşı olan təzyiqlərə etiraz olaraq, aclıq aksiyasına başladığını elan edib. K.Sədrəddinov məhkəmədən saxlandığı təcridxananın dəyişdirilməsini də xahiş etmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR