Bank Of Baku

Ermənilər Azərbaycan Ordusunun daha bir əsgərini əsir götürüblər

Ermənilər Azərbaycan Ordusunun daha bir əsgərini əsir götürüblər
# 25 dekabr 2006 15:11 (UTC +04:00)
APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Seyran Şahsuvaryan bildirib ki, İcevan yaxınlığında əsir götürülmüş azərbaycanlı hərbçi Samid Məmmədovun üzərində silah-sursat olmayıb. Guya azərbaycanlı hərbçi erməni tərəfinə keçməsinə səbəb kimi yuxarı rütbəli şəxslərin təzyiqləri ilə üz-üzə qalmasını göstərib. 1987-ci il təvəllüdlü S.Məmmədov Ağstafa Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Hazırda araşdırma aparılır.
Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya əsgərin əsir götürülməsi faktı təsdiqlənib. Komissiyadan bildirilib ki, Ermənistan tərəfi də məlumatı təsdiqləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR