Bank Of Baku

İranın Azərbaycandakı səfiri Əfşar Süleymani: “Mənim İranın dini liderlərinin fitvasına münasibət bildirməyə savadım çatmır”

İranın Azərbaycandakı səfiri Əfşar Süleymani: “Mənim İranın dini liderlərinin fitvasına münasibət bildirməyə savadım çatmır”
# 25 dekabr 2006 15:29 (UTC +04:00)
“ Kimsə İranın dini liderlərinin Rafiq Tağı haqqındakı fikirlərinə hüquqi cəhətdən yanaşır. Amma biz müsəlmanıq və İslam dinin qanunlarına riayət etməliyik”. Bunu APA-ya eksklüziv müsahibəsində İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bəzi iranlı dindarların Rafiq Tağı barədə ölüm hökmü çıxarması ilə bağlı sualı cavablandırarkən deyib. O, dini liderlərinin, müştehidlərin fitvasına münasibət bildirməsinin düzgün olmadığını deyib: “Daha dəqiqi, mənim onların fitvasına münasibət bildirməyə savadım çatmır. Nə zaman dini savadım onların səviyyəsinə çatar, o zaman onların fitvasına münasibət bildirərəm. Hər halda bunun siyasi məsələ olmadığını anlamaq lazımdır. Hüquqi tərəfdən isə Rafiq Tağı öz cəzasını alır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR