Bank Of Baku

Beynəlxalq Təbiətin Konservasiyası Konvensiyasının Şərqi Avropa və Orta Asiya üzrə direktoru Azərbaycana gələcək

Beynəlxalq Təbiətin Konservasiyası Konvensiyasının Şərqi Avropa və Orta Asiya üzrə direktoru Azərbaycana gələcək
# 25 dekabr 2006 15:40 (UTC +04:00)
Gələn il yanvarın 26-da Beynəlxalq Təbiətin Konservasiyası Konvensiyasının Şərqi Avropa və Orta Asiya üzrə direktoru Tamas Margesko Azərbaycana səfər edəcək. APA-nın xəbərinə görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib. H. Bağırov bildirib ki, səfərdə məqsəd Beynəlxalq Təbiətin Konservasiyası Konvensiyasının Cənubu Qafqazda proqram ofisinin yaradılması, biomüxtəlifliyin monitorinqi və Konvensiyanın Azərbaycanda həyata keçirilməsinin prioritetlərinin müəyyənləşdirilməsidir. Nazirin sözlərinə görə, səfər çərçivəsində münaqişə zonasında ətraf mühitin vəziyyətinin monitorinqinin keçirilməsi məsələsi də müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR