Bank Of Baku

Məhkəmə-Hüquq Şurası bir neçə hakimi cəzalandırıb

Məhkəmə-Hüquq Şurası bir neçə hakimi cəzalandırıb
# 25 dekabr 2006 15:52 (UTC +04:00)
Bu gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Məhkəmə-Hüquq Şurasından (MHŞ) APA-ya verilən məlumata görə, iclasda hakimlər haqqında intizam icraatları üzrə araşdırmaların nəticələrinə baxılıb. MHŞ-nin qərarı ilə fəaliyyətində qanunun tələblərini dəfələrlə və kobudcasına pozduğuna görə 1 saylı yerli İqtisad Məhkəməsinin hakimi Ülvi Mayılova və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynova töhmət verilib. Habelə işində yol verdiyi ciddi nöqsanlara görə Ali Məhkəmənin müraciəti əsasında Səbayel Rayon Məhkəməsinin hakimi Alim Namazov barəsində intizam icraatı başlanılıb. Şuranın iclasında hakim vəzifəsinə namizədlərlə yazılı imtahanın təşkili məsələləri də müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR