Bank Of Baku

Yeni təmir olunmuş Məhkəmə Tibbi Ekspertizası və 1 saylı Uşaq Poliklinikasının açılışı olub

Yeni təmir olunmuş Məhkəmə Tibbi Ekspertizası və 1 saylı Uşaq Poliklinikasının açılışı olub
# 25 dekabr 2006 16:16 (UTC +04:00)
Dekabrın 16-dan 31-ə qədər davam edəcək “Səhiyyə günləri” çərçivəsində bu gün səhiyyə naziri Oqtay Şirəliyev Məhkəmə Tibbi Ekspertizası və 1 saylı Uşaq Poliklinikalarının təmir olunmuş binalarının açılışında iştirak edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Məhkəmə Tibbi Ekspertizasına ekspertiza üçün istifadə olunan yeni avadanlıqlar - kompüter texnikası, meyit daşımaq üçün xüsusi laborator maşın, soyuducular, rentgen aparatı, mikroskop, ölçü alətləri, fotoaparat, reaktivlər, 3 ambulans və 2 tibbi maşın verilib. Maşınlardan biri hadisə yerində lazımi məhkəmə tibb xidmətini həyata keçirmək üçün səyyar ekspert laboratoriyası kimi fəaliyyət göstərmək qabiliyyətinə malikdir. Tədbirdə çıxış edən nazir Məhkəmə Tibbi Ekspertizasının fəaliyyətindən razı qaldığını bildirib. Məhkəmə Tibbi Ekspertizası bütün müasir avadanlıqlarla təchiz edildikdən sonra həmin avadanlıqlarla işləmək üçün mütəxəssislərə treninq keçmək məqsədi ilə xaricdən ekspertlər də gəlib. O.Şirəliyev daha sonra aprel ayından təmirinə başlanılan və bu gün açılışı olan 1 saylı Uşaq Poliklinikasında olub. Təmirdən öncə bərbad vəziyyətdə olan poliklinika müasir avadanlıqlarla təchiz olunub. O.Şirəliyev uşaq poliklinikalarının daha çox diqqət mərkəzində olduğunu, yaxın günlərdə Bərdə şəhərində 3 saylı uşaq xəstəxanasının, təmir olunmuş bir neçə uşaq poliklinikasının açılacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR