Bank Of Baku

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsi il ərzində 37 kilo narkotik maddə aşkarlayıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsi il ərzində 37 kilo narkotik maddə aşkarlayıb
# 26 dekabr 2006 08:59 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin 2006-cı il ərzində keçirdiyi 45 əməliyyat-axtarış tədbirləri nəticəsində 37 kilo narkotik maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb, yabanı şəkildə bitmiş 71 ton narkotik maddə yandırılıb. Regional şöbənin rəis müavini, polkovnik-leytenant Rafael İsmayılovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, 37 kilo narkotik maddənin 1 kilosu heroin, 8 qramı tiryək, qalanları isə marixuanadır. R. İsmayılov bildirib ki, bu cinayətlərə görə 35 nəfər ilk dəfə məsuliyyətə cəlb olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR