Bank Of Baku

Gəncə Polis İdarəsi Yol Polisi Şöbəsinin rəisinin ölümündə şübhəli bilinən şəxslərin işi üzrə hazırlıq iclası yanvarın 8-də Bakıda keçiriləcək

Gəncə Polis İdarəsi Yol Polisi Şöbəsinin rəisinin ölümündə şübhəli bilinən şəxslərin işi üzrə hazırlıq iclası yanvarın 8-də Bakıda keçiriləcək
# 26 dekabr 2006 09:56 (UTC +04:00)
Gəncə şəhər Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə şübhəli bilinən Zabit Kazımov və Pərviz Məmmədov barəsindəki cinayət işi üzrə hazırlıq iclası təxirə salınıb. APA-nın məlumatına görə, dekabrın 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi İmaməli Əsgərovun sədrliyi ilə keçirilən hazırlıq iclasında prosesin vaxtı və yeri dəyişdirilib. Belə ki, əvvəlcə prosesin Gəncə şəhər Nizami rayon Məhkəməsində keçirilməsi nəzərdə tutulurdu. Ancaq qərara alınıb ki, hazırlıq iclası yanvarın 8-də Bakıda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilsin. Z. Kazımovun istintaqdakı vəkili İbrahim Rüstəmov APA-ya bildirib ki, səhhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcək. Valideynləri Zabit Kazımovun məhkəmədə hüquqlarını müdafiə etmək üçün yeni vəkillə müqavilə bağlayıblar. Xatırladaq ki, Z. Kazımova Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 221.2-ci (xuliqanlıq) maddələri ilə, onunla bərabər eyni maşında olmuş Pərviz Məmmədova isə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Hazırda hər iki təqsirləndirilən şəxs Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR