Bank Of Baku

Ermənilərin əsir götürdüyü Azərbaycan əsgəri Samir Məmmədov Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzarətindədir

Ermənilərin əsir götürdüyü Azərbaycan əsgəri Samir Məmmədov Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzarətindədir
# 26 dekabr 2006 09:59 (UTC +04:00)
Ermənilərin dekabrın 24-də əsir götürdüyü Azərbaycan Ordusunun əsgəri Samir Nazim oğlu Məmmədov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nəzarətindədir. Bu barədə APA-ya Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Komissiyadan bildirilib ki, faktla bağlı BQXK-ya bütün lazımi məlumatlar çatdırılıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev isə APA-ya bildirib ki, Qazaxdakı “N” saylı hərbi hissənin əsgəri S.Məmmədov Bərdə Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Onun hansı şəraitdə əsir götürülməsi azad edildikdən sonra müəyyənləşdiriləcək.
Qeyd edək ki, S.Məmmədov Qazax-İcevan sərhədində əsir götürülüb. Azərbaycanlı hərbçinin üzərində silah-sursat olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR