Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi gələn il tikinti şirkətlərində və şadlıq saraylarında yoxlama aparacaq

Dövlət Əmək Müfəttişliyi gələn il tikinti şirkətlərində və şadlıq saraylarında yoxlama aparacaq
# 29 dekabr 2006 11:38 (UTC +04:00)
Dövlət Əmək Müfəttişliyi (DƏM) gələn ilin yanvarından tikinti şirkətlərində əmək şəraitinin və təhlükəsizliyinin vəziyyətini öyrənmək üçün yoxlamalar aparmağa başlayacaq. Bu məlumatı APA-ya DƏM-in rəisi Nəbi Şükürlü verib. Onun sözlərinə görə, yoxlamalar DƏM-in tərtib etdiyi qrafik əsasında keçiriləcək. Tikinti şirkətlərində əmək təhlükəsizliyi qaydalarına daha çox riayət edilmədiyini və burada ölüm hallarının daha çox baş verdiyini deyən N.Şükürlü yoxlamaların nəticələrindən asılı olaraq onlara qarşı tədbirlər görəcəklərini də bildirib: “Yoxlamalar zamanı baş verən neqativ halların aradan qaldırılması üçün xüsusi göstərişlər veriləcək, onlara 15 gün və ya 1 ay müddətində həmin nöqsanların aradan qaldırılması üçün vaxt veriləcək. Əgər onlar bu nöqsanları aradan qaldırmasalar, biz hətta onların fəaliyyətinin dayandırılması məsələsini də aidiyyəti təşkilatlar qarşısında qaldıracağıq”.
N.Şükürlü bildirib ki, gələn ilin I rübü ərzində şadlıq saraylarında da yoxlamalar aparılacaq. Yoxlamaların aparılmasında əsas məqsəd şadlıq saraylarının işçiləri ilə əmək müqavilələrinin bağlayıb-bağlamadığını öyrənməkdir. DƏM rəisi əlavə edib ki, əmək müqavilələri bağlamayan müəssisələrə qarşı gələn il daha ciddi tədbirlər görüləcək. Onun sözlərinə görə, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müfəttişlərinin öz səlahiyyətlərinin icrasına şərait yaratmaq üçün əlavə tədbirlər görməyi nəzərdə tutur. Əmək müfəttişlərinin səlahiyyətlərini yetərli sayan N.Şükürlü hazırda onların sayının 213 olduğunu da deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR