Bank Of Baku

Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ekoloji tələblərə cavab verməyən 95 müraciəti geri qaytarıb

Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ekoloji tələblərə cavab verməyən 95 müraciəti geri qaytarıb
# 29 dekabr 2006 11:44 (UTC +04:00)
Bu il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müxtəlif xarakterli 1700-dən artıq müraciət və sənəd təqdim olunub. Bu barədə APA-ya nazirliyin Dövlət Ekspertiza İdarəsindən məlumat verilib. Sənədlər əsasən ölkənin enerji təminatının yaxşılaşdırılması, neft-qaz sənayesinin inkişafı, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və yeni iş yerlərinin yaradılması məqsədilə müasir tələblərə cavab verən iri həcmli istehsalat sahələrinin təşkil edilməsi ilə bağlıdır. Hesabat dövründə BP şirkəti tərəfindən “AÇG yataqlarında lay sularının utilizasiyası”, “Texniki təchizat bazasının genişləndirilməsi”, “Qarasu” Əməliyyat Şirkəti tərəfindən “Kəlaməddin-Padar yataqlarının kəşfiyyat qazma işləri”, “Azərenerji” ATSC tərəfindən “Sumqayıt buxar-qaz stansiyasının tikintisi”, “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən “Vəlvələçay-Taxtakörpü kanalının tikintisi”, “Bəhramtəpə Baş Hidroqovşağının Bərpası və Müasirləşdirilməsi” və Nəqliyyat Nazirliyi tərəfindən “Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun yenidən qurulması” və s. layihələrinin ekspertizası keçirilib. Ekoloji tələblərə cavab verməyən və ekspertiza üçün tələb olunan texniki layihə sənədləri tam qaydada təqdim edilmədiyindən daxil olmuş 95 sənəd razılaşdırılmadan geri qaytarılıb. “Atmosfer havasının mühafizəsi haqqında” qanunun və Su Məcəlləsinin tələblərinə müvafiq olaraq atmosferə atılan zərərli maddələrə dair 71, yeraltı və yerüstü su mənbələrindən istifadə ilə əlaqədar isə 37 fiziki və hüquqi şəxsə “xüsusi icazə” sənədləri verilib. Aidiyyəti üzrə sahə layihə institutları və nazirliyin ekoloji elmi-texniki informasiya və metodologiya mərkəzi tərəfindən tərtib olunaraq razılaşdırılmaq üçün təqdim olunans 706 ekoloji-normativ sənəd baxılaraq razılaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR