Bank Of Baku

“Azərbaycan Respublikasının Hərbi Qanunlar Toplusu” adlı kitab nəşr olunub

“Azərbaycan Respublikasının Hərbi Qanunlar Toplusu” adlı kitab nəşr olunub
# 29 dekabr 2006 12:25 (UTC +04:00)
Respublika Hərbi Prokurorluğu “Azərbaycan Respublikasının Hərbi Qanunlar Toplusu” adlı kitab nəşr etdirib. APA-nın məlumatına görə, hərbi prokuror Xanlar Vəliyevin redaktorluğu ilə çap olunan kitabın nəşrində məqsəd hərbi qulluqçuların, Silahlı Qüvvələrin komanda heyətinin hüquqi biliklərinin təkmilləşdirilməsinə, ümumilikdə şəxsi heyətin hüquqi hazırlığının və şüurunun formalaşmasına yardım etməkdir. Kitabda Azərbaycanda qüvvədə olan qanunvericilik aktları toplanıb, həmin aktlara 2006-cı il dekabrın 6-dək edilmiş əlavə və dəyişikliklər yer alıb. Hərbi qulluqçular, elmi işçilər, ali hərbi təhsil müəssisələrinin tələbələri, hüquq-mühafizə orqanların işçiləri və digər sahələrdə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuş toplunun 400-dən artıq nüsxəsi yeni il ərəfəsində hərbi qulluqçulara və jurnalistlərə paylanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR