Bank Of Baku

Müstəqil Azərbaycan Universitetinin tələbələri aclıq aksiyasını dayandırıb

Müstəqil Azərbaycan Universitetinin tələbələri aclıq aksiyasını dayandırıb
# 29 dekabr 2006 12:39 (UTC +04:00)
APA-nın məlumatına görə, Tələbələrin Hüquqlarının Müdafiə Komitəsinin üzvü Vüqar Süleymanov 39 gün müddətində aclıq aksiyası keçirən tələbələrin səhhətində ciddi problemlər yarandığından aksiyanı dayandırmaq qərarına gəldiklərini bildirib. Onun sözlərinə görə, yanvarın 8-dən tələbələr yenidən bir yerə toplaşaraq digər mübarizə formalarını müzakirə edəcəklər. Tələbələr ombudsman Elmira Süleymanovanı verdiyi sözü yerinə yetirmədiyinə görə qınayıblar. Qeyd edək ki, MAU-nun 125 tələbəsinin iddiası əsasında Binəqədi rayon Məhkəməsində keçirilməsi nəzərdə tutulan məhkəmə iclası təxirə salınıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilmiş sorğuya cavab verilməyi ilə əlaqədar məhkəmə iclası 2007-ci ilin yanvarın 12-ə təyin edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR