Bank Of Baku

Uşaq evləri və internatlardakı uşaqların ailələrə verilməsi ilə bağlı Təhsil Nazirliyində yaradılan Koordinasiya Şurasının iclası keçiriləcək

Uşaq evləri və internatlardakı uşaqların ailələrə verilməsi ilə bağlı Təhsil Nazirliyində yaradılan Koordinasiya Şurasının iclası keçiriləcək
# 09 yanvar 2007 11:33 (UTC +04:00)
Sabah “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Təhsil Nazirliyində yaradılan Koordinasiya Şurasının iclası keçiriləcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, iclasda dövlət başçısının ötən il təsdiqlədiyi və 2006-2015-ci illəri əhatə edən bu proqramın icrası ilə bağlı məsələlər müzakirə ediləcək. Koordinasiya Şurasının sədri təhsil nazirinin müavini İradə Hüseynovadır. Nazirlikdən bildirilib ki, Təhsil və Maliyyə nazirlikləri proqramın icrası ilə bağlı görülən işlərlə maraqlanmaq, hansı uşaqların ailələrə verilə biləcəyini müəyyənləşdirmək və s. məqsədilə ötən ilin sonlarında uşaq evləri və internatlarda birgə monitorinqlər keçiriblər. Bu monitorinqlərin yekunu əsasında bəzi tövsiyə və təkliflərin hazırlanması nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Azərbaycanda 64 Uşaq Evi, ümumtəhsil internat məktəbi və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbi var. Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə və Təhsil nazirliklərinin tabeliyində olan bu məktəblərdə 21 minə yaxın uşaq tərbiyə alır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR