Bank Of Baku

Rusiyanın xüsusi xidmət orqanlarına casusluq etməkdə ittiham olunan Pyotr Mocalov 12 il müddətinə azadlıqdan məhrum edilib

Rusiyanın xüsusi xidmət orqanlarına casusluq etməkdə ittiham olunan Pyotr Mocalov 12 il müddətinə azadlıqdan məhrum edilib
# 09 yanvar 2007 11:57 (UTC +04:00)
Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Hakim İsgəndər Hacıyevin sədrliyi ilə qapalı keçirilən prosesdə P.Mocalova hökm elan edilib. Məhkəmənin hökmü ilə zabit 12 il müddətinə azadlıqdan məhrum olunub. Qeyd edək ki, hökmə əsasən, dövlətə xəyanətdə ittiham olunan P.Mocalov maddi gəlir əldə etmək məqsədilə Azərbaycanın hərbi və dövlət sirlərini Rusiyaya verib. 1961-ci ildə Bakıda anadan olmuş P.Mocalov keçmiş SSRİ ordusunda xidmət edib. Hərbi təhsilini Sankt-Peterburqda alıb. 1992-ci ildən Azərbaycan Ordusunda xidmət etməyə başlayıb. 1998-ci ildə isə kapitan rütbəsi ilə ehtiyata buraxılıb. Araşdırmalar nəticəsində onun Naxçıvanda yerləşən “N” saylı hərbi hissənin qərargah rəisinin köməkçisi işləyərkən hər birinin müqabilində 300-400 dollar aldığı məlumatları Rusiya tərəfə ötürdüyü müəyyənləşib. O, ötən ilin oktyabrında həbs olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR