Bank Of Baku

İmişli rayonunda qazdoldurma məntəqəsində partlayış baş verib

İmişli rayonunda qazdoldurma məntəqəsində partlayış baş verib
# 09 yanvar 2007 12:04 (UTC +04:00)
Bu gecə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən qazdoldurma məntəqəsində partlayış olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partlayış İmişli rayon sakini Nazim Kazımova məxsus qazdoldurma məntəqəsində, məişətdə istifadə olunan 40 litrlik qaz balonunun sızmasından baş verib. Nəticədə N.Kazımov, məntəqənin işçiləri Rizvan Abdullayev və Rövşən Əliyev müxtəlif bədən xəsarəti alıblar. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti qənaətbəxşdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR