Bank Of Baku

Erməni əsirliyində olan Azərbaycan əsgəri Samir Məmmədovun ilk məktubu ailəsinə çatdırılıb

Erməni əsirliyində olan Azərbaycan əsgəri Samir Məmmədovun ilk məktubu ailəsinə çatdırılıb
# 09 yanvar 2007 13:17 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları ermənilərin ötən il dekabrın 24-də əsir götürdüyü Azərbaycan əsgəri Samir Nazim oğlu Məmmədovun ilk məktubunu (Qırmızı Xaç məktubu) dünən ailəsinə çatdırıblar. Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Gülnaz Quliyeva məlumat verib. G.Quliyeva bildirib ki, indiyədək S.Məmmədovun ailəsinin əsirə yazdığı iki məktubu ona çatdırılıb. Qurumun Ermənistan nümayəndəliyinin əməkdaşları indiyədək əsirlə dörd dəfə görüşüblər. Komitənin Dağlıq Qarabağdakı ofisinin əməkdaşları ermənilərin dekabrın 31-də əsir götürdüyü və hazırda Azərbaycanın işğal olunmuş ərazisində saxlanılan hərbçi Eldəniz Nuriyevə isə iki dəfə - yanvarın 3-də və 5-də baş çəkiblər. BQXK-nın əməkdaşları əsirlərin saxlanma şəraiti, fiziki-psixoloji vəziyyəti ilə bağlı monitorinq aparıblar.
Qeyd edək ki, Qazaxdakı “N” saylı hərbi hissədə xidmət edən kiçik çavuş S.Məmmədov hərbi xidmətə 1 il əvvəl Bərdə Hərbi Komissarlığından çağırılıb. S.Məmmədov dekabrın 24-də xidmət etdiyi hərbi hissədən 15 km aralıda, neytral zonada Qazax-İcevan sərhədində əsir götürülüb. Azərbaycanlı hərbçinin üzərində silah-sursat olmayıb. 1976-cı il təvəllüdlü E.Nuriyev isə 2005-ci ilin iyulunda Ağsu rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, cəbhənin cənub istiqamətində, Füzuli rayonu ərazisində 2006-cı il dekabrın 31-də əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin azaraq əsir düşdüyünü açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR