Bank Of Baku

Vəkil: ““Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevlə bağlı hər hansı istintaq hərəkəti aparılmır”

Vəkil: ““Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevlə bağlı hər hansı istintaq hərəkəti aparılmır”
# 09 yanvar 2007 13:26 (UTC +04:00)
“Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevin barəsində cinayət işi üzrə istintaqda heç bir yenilik yoxdur. Bu barədə APA-ya məlumat verən vəkil Rafiq Quliyev bildirib ki, bu gün R.Əliyevlə görüşüb. Hüquqlarını müdafiə etdiyi şəxsin səhhəti ilə bağlı heç bir problemin olmadığını deyən vəkil R.Əliyevlə bağlı hər hansı istintaq hərəkətinin aparılmadığını vurğulayıb.
Qeyd edək ki, sentyabrın 28-də “Azpetrol” Şirkətlər Qrupunun keçmiş prezidenti R.Əliyev CM-in 206.4-cü (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunaraq həbs edilib. Sonradan isə R.Əliyevə qarşı CM-in 213-cü (vergi ödəməkdən yayınma), 28.220-ci (kütləvi iğtişaşlara cəhd), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Oktyabrın 2-də Nəsimi rayon Məhkəməsi Respublika Prokurorluğunun müraciəti əsasında R.Əliyevin həbs müddəti 6 ay uzadılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR