Bank Of Baku

Gəncənin İmamzadə kompleksində qəbirlərin üstündən metal güldan və şamdanları oğurlayan iki nəfər həbs olunub

Gəncənin İmamzadə kompleksində qəbirlərin üstündən metal güldan və şamdanları oğurlayan iki nəfər həbs olunub
# 09 yanvar 2007 13:42 (UTC +04:00)
Gəncənin İmamzadə ziyarət kompleksinin yaxınlığında yerləşən məzarlıqda qəbirlərin üzərindən əlvan metallardan hazırlanmış güldan və şamdanları oğurlayan iki nəfər həbs olunub. APA-nın Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Kəpəz Rayon Polis Şöbəsinin rəisi Sahib İsmayılov rəhbərlik etdiyi quruma son zamanlar İmamzadə qəbiristanlığında məzarüstü abidələrin oğurlanması ilə bağlı mütəmadi məlumatların daxil olduğunu deyib. “Bu faktlarla bağlı şəhər polis idarəsinin rəisinə məruzə edilib və əməliyyat tədbiri hazırlanıb. Biz bir neçə gün gecələr əməliyyat tədbirləri keçirdik. Əməliyyat zamanı yanvarın 8-də gecə saatlarında iki nəfər maddi sübutlarla yaxalanaraq Kəpəz Rayon Polis Şöbəsinə gətirilib. Bundan sonra saxlanılan şəxslər üzərində aşkar olunan maddi sübutlarla birgə Gəncə şəhər Polis İdarəsinin istintaq şöbəsinə təhvil verilib”. Gəncə şəhər Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Siyavuş Sadıxovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, İmamzadə qəbiristanlığında məzarüstü abidələri oğurlayan 1988-ci il təvəllüdlü Abdullayev Bəxtiyar Allahyar oğlu və 1984-cü il təvəllüdlü Rəsulov Sərdar Məhərrəm oğlu haqqında Cinayət Məcəlləsinin 177.2.1 maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) ilə cinayət işi başlanılıb. Onun sözlərinə görə, saxlanan Sərdar Rəsulov əvvəllər elektrik naqillərini oğurladığına görə məhkəmə qərarı ilə şərti cəza alıb və hazırda şərti cəza çəkir. Jurnalistlərin suallarını cavablandıran təqsirləndirilən Bəxtiyar Abdullayev qəbirlərin üzərindən oğurladıqları əlvan metaldan hazırlanmış güldan və şamdanları metal qəbulu məntəqələrində satdıqlarını bildirib. Qeyd edək ki, ilkin istintaq zamanı saxlanan şəxslərin qəbirlərin üzərindən 9 güldan və şamdan oğurladığı müəyyənləşib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR