Bank Of Baku

Ekoloqlar “Azpetrol”un Moldovada inşa etdiyi Curculeşt limanını təhlükə mənbəyi hesab edirlər

Ekoloqlar “Azpetrol”un Moldovada inşa etdiyi Curculeşt limanını təhlükə mənbəyi hesab edirlər
# 09 yanvar 2007 13:43 (UTC +04:00)
“Azpetrol” şirkətinin Moldovada inşa etdiyi Curculeşt limanı təhlükə mənbəyi ola bilər. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, Odessa ekoloqları Dunay çayının sahilindəki Curculeşti neft terminalının, eləcə də Kuçurqan elektrik stansiyasının bütün Odessa bölgəsi üçün təhlükə törətdiyini elan ediblər. Odessa vilayətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri Vitali Primakın fikrincə, Curculeşt terminalı vilayətin ərazisindəki Reni limanının yanğın təhlükəsizliyi baxımından, Kuçurqan stansiyası isə bütün region üçün ekoloji təhlükə qaynağı hesab edilməlidir. Belə ki, Curculesştdəki neft terminalı və inşa edilməkdə olan neft məhsulları zavodu Ukraynanın Dunay çayı üzərindəki Reni limanının cəmi 5 km-liyində yerləşir, bu da, öz növbəsində, onun təhlükəsizliyini hədələyir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR