Bank Of Baku

Gəncədə piyadanı maşınla vuraraq hadisə yerindən qaçmış sürücü barədə cinayət işi başlanıb

Gəncədə piyadanı maşınla vuraraq hadisə yerindən qaçmış sürücü barədə cinayət işi başlanıb
# 09 yanvar 2007 14:03 (UTC +04:00)
Gəncənin Mehmandarov küçəsində piyadanı maşınla vuraraq hadisə yerindən qaçmış sürücü Əli Həsənov barədə Cinayət Məcəlləsinin 263.2 (sürücünün ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməsi) və 264 (sürücünün yol nəqliyyat hadisəsi yerindən qaçması) maddələri ilə cinayət işi başlanılıb. Bu barədə APA-nın Qərb bürosuna Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Faiq Mahmudov məlumat verib. Onun sözlərinə görə, hadisəni törəmiş şəxs haqqında Nizami rayon məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı istintaq aparılır. Qeyd edək ki, yanvarın 6-da saat 02:00 radələrində Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Həsənov Əli Eyyub oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Gəncə şəhər Mehmandarov küçəsində yolu keçən piyada, 1949-cu il təvəllüdlü Məmmədov Habil İsgəndər oğlunu vurub. Piyada hadisə yerində keçinib. Sürücü hadisə yerindən qaçsa da, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanaraq istintaqa cəlb olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR