Bank Of Baku

Vəkillər Kollegiyasının 391 təsisçisi vəkil geyimi ilə təmin olunub

Vəkillər Kollegiyasının 391 təsisçisi vəkil geyimi ilə təmin olunub
# 09 yanvar 2007 14:11 (UTC +04:00)
Vəkillər Kollegiyasının təsisçisi qismində çıxış edən 406 vəkildən 391-i vəkil geyimi ilə təmin olunub. Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov APA-ya bildirib ki, digər vəkillər ucqar rayonlarda fəaliyyət göstərdiyindən onların geyimlə təminatı gecikir. Kollegiya rəsmisinin sözlərinə görə, təsisçilərdən fərqli olaraq digər vəkillər geyim formalarını almaq üçün müəyyən məbləğdə pul ödəməlidir. Kollegiya üzvlüyünə sonradan qəbul olunan vəkillər sırasında geyim almaq üçün müraciət edənlər olsa da, hələlik onlardan geyim alanı yoxdur. Sədr müavini onu da bildirib ki, vəkillər məhkəmə proseslərinə yeni geyim formalarında çıxmalıdır. Bu qaydanı pozan vəkillərə qarşı hələlik cəza tədbirləri nəzərdə tutulmasa da, bu hal mütəmadi davam edərsə, gələcəkdə həmin vəkillərə qarşı cəzalar tətbiq oluna bilər. Qeyd edək ki, Azərbaycanda 541 vəkil fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR