Bank Of Baku

Gəncədə Cavad xanın anım mərasimi keçirilib

Gəncədə Cavad xanın anım mərasimi keçirilib
# 09 yanvar 2007 14:12 (UTC +04:00)
Gəncə xanlığının sonuncu başçısı Cavad xanın anım mərasimi keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, Cavad xanın məqbərəsi önündə keçirilən tədbir Gəncə şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyorları Nüşabə Məmmədlinin “Cavad xan” pyesindən rus generalı Sisyanovla Cavad xanın qarşılaşması kompozisiyasını ifa ediblər. Tədbirdən sonra şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri Cavad xanın məzarını ziyarət edərək, onun qəbri üstünə gül-çiçək dəstələri qoyublar. Qeyd edək ki, hər il Cavad xanın anım mərasimlərinin keçirilməsi barədə qərar 2006-cı ilin yanvarında qəbul olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR