Dünya Bankının dəstəyi ilə hazırlanan xəritələrin orta məktəblərə paylanılmasına başlanılır

Dünya Bankının dəstəyi ilə hazırlanan xəritələrin orta məktəblərə paylanılmasına başlanılır
# 09 yanvar 2007 14:40 (UTC +04:00)
Dünya Bankının maliyyə vəsaiti hesabına orta məktəblər üçün tərtib edilən 19 adda xəritədən 10-u artıq hazırdır. Həmin xəritələr məktəblərə paylanmaq üçün nazirliyə təhvil verilib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Bakı Kartoqrafiya Fabriki ilə imzalanan saziş əsasında bütün orta ümumtəhsil müəssisələrinin məktəb xəritələri ilə təmin edilməsi planlaşdırılıb. Hazırda xəritələrin nəşri davam etdirilir. Xəritələrin hər biri 18 min 505 nüsxə çap olunur. Bu işə ümumilikdə 495 min manatın sərf edilməsi nəzərdə tutulub. Aprelədək bütün orta məktəblər coğrafi xəritələrlə təmin ediləcək. Bununla da məktəblərin xəritə problemi tam həllini tapacaq. Qeyd edək ki, məktəblərə yardım Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə icra etdiyi “Təhsil sektorunun inkişafı layihəsi” çərçivəsində göstərilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR