Bank Of Baku

Sabiq hərbi hissə komandirinin məhkəməsi başlayacaq

Sabiq hərbi hissə komandirinin məhkəməsi başlayacaq
# 09 yanvar 2007 15:33 (UTC +04:00)
Yanvarın 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq komandiri, polkovnik-leytenant Qılman Məmməd oğlu Eyvazov və həmin hərbi hissənin komendant tağımının komandiri, gizir Rauf Ələc oğlu Zeynalovun işi üzrə məhkəmə baxışı keçiriləcək. Bu barədə APA-ya Hərbi Məhkəmədən məlumat verilib. Məhkəmə prosesində dövlət ittihamçısı Toğrul Hüseynovun ittiham aktını elan etməsi, daha sonra təqsirləndirilən şəxslərin məhkəmədə sərbəst ifadə verməsi gözlənilir. İttiham aktına görə, sabiq hərbi hissə komandiri Q. Eyvazov tabeliyində olan Rauf Zeynalovla cinayət əlaqəsinə girərək 2006-cı ilin aprel ayında hərbi hissəyə daxil olan gənc əsgərlərin hərbi hissənin digər bölmələrinə salınmaları üçün rüşvət alınmasını tələb edib. Razılaşmaya əsasən R. Zeynalov gənc əsgərlərin yanına gələn valideynləri ilə görüşüb və 300 ABŞ dollarının əvəzində onların övladlarının hərbi hissənin daha əziyyətsiz yerlərində xidmət keçmələrini təmin edə biləcəyini deyib. R. Zeynalov bu əməllərini həyata keçirməklə ayrı-ayrı əsgərlərdən və onların valideynlərindən rüşvət alaraq hərbi hissə komandirinə çatdırıb. Təqsirləndirilən şəxslər ümumilikdə 2100 ABŞ dolları və 202 yeni manat məbləğində rüşvət alıblar. İttiham aktında zərərçəkmişlərin sayı 22 nəfər göstərilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR