Bank Of Baku

Gəncədəki “N” saylı hərbi hissəsində baş vermiş insident nəticəsində başından yaralanmış əsgərin nitqində yaranmış qüsur hələ aradan qalxmayıb

Gəncədəki “N” saylı hərbi hissəsində baş vermiş insident nəticəsində başından yaralanmış əsgərin nitqində yaranmış qüsur hələ aradan qalxmayıb
# 09 yanvar 2007 16:33 (UTC +04:00)
Ötən ay Müdafiə Nazirliyinin (MN) Gəncədəki “N” saylı hərbi hissəsində baş vermiş insident nəticəsində başından yaralanmış Vüsal Seyidovun vəziyyəti stabildir. Bu barədə APA-ya hospitaldan məlumat verilib. Hospitaldan bildirilib ki, V.Seyidov artıq gəzir, ancaq aldığı xəsarət nəticəsində nitqində yaranmış qüsur hələ aradan qalxmayıb. Qeyd edək ki, Şəki şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgər Fuad Həsənov AK-74 markalı avtomatla 4 əsgəri güllələyərək, hərbi hissəni tərk edib. Yaralanmış əsgərlər - Ceyhun Mikayılov (Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb), Elçin Məmmədov, Vüqar Məmmədov (Bakıdan hərbi xidmətə çağırılıblar) və Vüsal Seyidov (Ağdam Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb) Gəncə şəhər Hərbi Hospitalına yerləşdirilib. C.Mikayılov aldığı xəsarətdən hospitalda keçinib. F.Həsənov isə hadisədən üç saat sonra qohumlarının evində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə başlanmış cinayət işi Gəncə şəhər Hərbi Prokurorluğundan alınaraq Respublika Hərbi Prokurorluğuna verilib. Hazırda istintaq davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR