Bank Of Baku

Baş redaktorlar qəzetlərin qiymətini qaldırmağa qərar veriblər

Baş redaktorlar qəzetlərin qiymətini qaldırmağa qərar veriblər
# 09 yanvar 2007 16:34 (UTC +04:00)
Ölkədə nəşr olunan 8 gündəlik qəzetin baş redaktoru qəzetlərin qiymətinin qaldırılması ilə bağlı bu gün birgə toplantı keçirib. “Azadlıq” qəzetinin direktoru Azər Əhmədovun APA-ya verdiyi məlumata görə, toplantıya “Azadlıq”, “Yeni Müsavat”, “Bakı Xəbər”, “24 Saat”, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan”, “Şərq”, “Ekspress”, “Bizim yol” qəzetlərinin baş redaktorları qatılıblar. Bəzi redaktorların qəzetlərin qiymətini 20 qəpikdən 30, bəziləri isə 40 qəpiyə qaldırmağın tərəfdarı olduqlarını deyən A.Əhmədov qiymətlə bağlı konkret qərarın qəbul olunmadığını qeyd edib: “Amma ümumi qərar bu oldu ki, biz qəzetlərin qiymətini qaldırmağa məcburuq. Bizim iki yolumuz vardı: ya qəzetləri bağlamalı, ya da qiyməti qaldırmalı idik. Biz ikinci yolu seçməli olduq”. A.Əhmədov bildirib ki, qəzetlərin qiyməti ilə bağlı konkret qərar redaktorların gələn həftənin ilk günündə keçiriləcək toplantısında qəbul olunacaq: “Qəzetlər ya gələn həftənin ilk günündən, ya da fevralın 1-dən yeni qiymətlərlə satışa çıxarılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR