Bank Of Baku

Ötən il 6900 hektar sahədə meşə əkini və səpini aparılıb

Ötən il 6900 hektar sahədə meşə əkini və səpini aparılıb
# 09 yanvar 2007 16:36 (UTC +04:00)
Ötən il 6900 hektar sahədə meşə əkini və səpini aparılıb, 4167 hektar sahədə isə təbii bərpaya köməklik tədbirləri həyata keçirilib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tinglik sahəsinin səpin, böyütmə və kökləndirmə şöbələrində 37,5 milyon ədəd müxtəlif çeşiddə əkin materialı yetişdirilib ki, bu da nəzərdə tutulduğundan xeyli miqdarda çoxdur. Yetişdirilən əkin materiallarının miqdarı bu ilin yaz mövsümündə nəzərdə tutulan meşə əkini, təmir-doldurma işlərini təmin edəcək. Bununla yanaşı, əkin materiallarından ətraf şəhər və qəsəbələrin magistral şose yolları kənarlarının, çay və su hövzələri ətraflarının yaşıllaşdırılması üçün də istifadə olunacaq. Məlumata görə, hazırda Abşeron rayonu ərazisində bağlı qrunt şəraitində örtülü kök sistemli tingliyin yaradılması proqramı həyata keçirilir. Ötən il həmçinin Qax, Oğuz, Qazax, Gədəbəy meşə mühafizəsi və bərpası müəssisələrinə daxil olan 103 319 hektar Meşə Fondu torpaqlarında meşə quruluşu işləri yerinə yetirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR