Bank Of Baku

ANAMA ötən ay Azərbaycanın 1,426,634 kvm ərazisini mina və partlamamış hərbi sursatdan təmizləyib

ANAMA ötən ay Azərbaycanın 1,426,634 kvm ərazisini mina və partlamamış hərbi sursatdan təmizləyib
# 10 yanvar 2007 09:09 (UTC +04:00)
Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 2006-cı ilin dekabrında 1,426,634 kvm ərazini yoxlayaraq, mina və partlamamış hərbi sursatdan (PHS) təmizləyib. Bu barədə APA-ya ANAMA-dan məlumat verilib. Həmin ərazilərdən ümumilikdə 7,416 PHS və mina aşkarlanaraq zərərsizləşdirilib. Əməliyyatlarda 25 minaaxtaran it, 156 istehkamçı, 47 PHS operatoru, 8 paramedik və 100-ə yaxın yardımçı işçi, 12 mexaniki minatəmizləmə operatoru və beş mexaniki minatəmizləmə maşını iştirak edib. Qurumdan bildirilib ki, indiyədək ANAMA tərəfindən 41,591,131 kvm ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 98,127-dir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR