Bank Of Baku

Baş Prokurorluqda 2006-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib

Baş Prokurorluqda 2006-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
# 10 yanvar 2007 09:36 (UTC +04:00)
Baş Prokurorluqda Mərkəzi Aparatın rəhbər heyətinin iştirakı ilə 2006-cı ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Respublika prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirəyə sədrlik edən baş prokuror Zakir Qaralov məruzəsində hesabat ilinin prokurorluq orqanları üçün əhəmiyyətli dövr olduğunu vurğulayıb. O, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin daha da təkmilləşdirildiyini, dövlət ittihamının müdafiəsi işinin yenidən təşkili sahəsində səmərəli tədbirlərin həyata keçirildiyini, Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqə şəraitində həyata keçirilmiş məqsədyönlü birgə əməliyyat-istintaq tədbirləri nəticəsində bir sıra xüsusi təhlükəli və ölkə ictimaiyyətini narahat edən cinayətlərin açıldığını, cinayətkar dəstələrin ifşa edilərək, üzvlərinin məsuliyyətə cəlb olunduğunu diqqətə çatdırıb. Müşavirədə ədliyyə, milli təhlükəsizlik, sərhəd qoşunları, vergi və gömrük orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin bazasında 2 yeni idarənin yaradılması, beynəlxalq əlaqələr şöbəsinin idarə statusunda yenidən təşkili ilə əlaqədar müvafiq qərarlar qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR