Bank Of Baku

Hadı Rəcəbli: “Tarif Şurası qiymətlərin artırılması ilə bağlı verdiyi qərara yenidən baxa bilər”

Hadı Rəcəbli: “Tarif Şurası qiymətlərin artırılması ilə bağlı verdiyi qərara yenidən baxa bilər”
# 10 yanvar 2007 12:03 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli deyib. Yanacağın qiymətinin artmasının ümumi bahalaşmaya səbəb olacağını bildirən komissiya sədrinin sözlərinə görə, hökumət bu qərarı məcburiyyət qarşısında verib: “Bunun birinci səbəbi Rusiya qazının bahalaşması, ikincisi səbəbi enerji daşıyıcılarının maya dəyərindən aşağı satılması, üçüncü səbəbi isə israfçılıqdır. Hökumət bahalaşmanı dayandırmaq üçün ilk növbədə inflyasiyanın, bazarda ajiotajın qarşısını almalı, alternativ enerji istehsalına üstünlük etməli, müavinətləri, pensiyaları, minimum əməkhaqqını artırmalıdır. Hökumət bununla bağlı tədbirlər görür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR