Bank Of Baku

Penitensiar Xidmətin məhkəmə qarşısında dayanan sabiq əməkdaşları sabah son sözlərini deyəcəklər

Penitensiar Xidmətin məhkəmə qarşısında dayanan sabiq əməkdaşları sabah son sözlərini deyəcəklər
# 10 yanvar 2007 15:22 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (indiki Penitensiar Xidmət) sabiq rəis müavini Gülməmməd Məmmədov, İntendant-Təchizat və Ticarət Bazasının sabiq rəisi Cavanşir Cabbarov və bu sistemin digər keçmiş əməkdaşlarının növbəti məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər. C. Cabbarovun vəkili Novruz Nuriyev məhkəmə istintaqının düzgün aparılmadığını deyib. Onun sözlərinə görə, C. Cabbarova irəli sürülən ittihamlar ibtidai istintaq və məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından bu maddələr üzrə cinayət işinə xitam verilməlidir. Növbəti məhkəmə iclası yanvarın 11-nə təyin edilib. Prosesdə təqsirləndirilən şəxslər son söz deyəcəklər.
Qeyd edək ki, hakim qarşısında Penitensiar Xidmətin keçmiş əməkdaşları ilə bərabər cəzaçəkmə müəssisələrinə ərzaq və digər mal verən firmaların rəhbərləri ümumilikdə 24 nəfər təqsirləndirilən şəxs dayanıb. Həmin şəxslər cəzaçəkmə müəssisələrinə ayrılmış ərzaq, dərman və digər malları mənimsəməkdə ittiham olunurlar. İttiham aktına əsasən dəstə üzvləri 5 il ərzində 16 milyard köhnə manat məbləğində dövlət əmlakını mənimsəyiblər. Təqsirləndirilənlərə Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR