Bank Of Baku

Enerji daşıyıcılarının qiymətinin artırılması bazarlarda da qiymətlərə təsir göstərib

Enerji daşıyıcılarının qiymətinin artırılması bazarlarda da qiymətlərə təsir göstərib
# 10 yanvar 2007 15:28 (UTC +04:00)
Azərbaycanda enerji daşıyıcılarının qiymətinin artırılması bazarlarda da qiymətlərə təsir göstərib. APA-nın Ticarət-4 ASC-də (“8-ci kilometr” bazarında) müşahidə aparan əməkdaşının verdiyi məlumata görə, bu gün bazarda kartofun qiyməti 60-80 qəpiyə olub ki, bu da 30 faiz qiymət artımı deməkdir. Soğanın qiyməti isə 1 manatdır. Göyərtinin bir dəstəsinin qiyməti 20-60 qəpik arasında dəyişir. Meyvələrdən alma, armud, nar, xurma və heyva 1 manata, naringi isə 60 qəpikdən 1 manata qədərdir. Pomidor və xiyarın qiyməti isə 2 manatdan 2 manat 40 qəpiyə qədər dəyişir. Ət məhsullarının qiymətində o qədər də artım qeydə alınmayıb. Belə ki, bazarda mal ətinin 1 kiloqramı 4 manat 60 qəpik, qoyun əti isə 5 manata satılır. Kənd toyuğunun 1 kiloqramı 3 manat 20 qəpikdir. Quşçuluq müəssisələrinin yumurtası 15 qəpiyə, kənd yumurtası isə 20 qəpiyədir.
“Təzə bazar” adlanan ticarət obyektində isə qiymətlər daha bahadır. Bu bazarda paytaxtdakı digər ticarət müəssisələri ilə müqayisədə qiymətlər 30-50 faiz bahadır./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR