Bank Of Baku

Erməni əsirliyindən azad edilən əsgər Vüsal Qaracayev hərbi hospitalda müalicə olunur

Erməni əsirliyindən azad edilən əsgər Vüsal Qaracayev hərbi hospitalda müalicə olunur
# 10 yanvar 2007 15:32 (UTC +04:00)
Erməni əsirliyindən azad edilən Azərbaycan Ordusunun əsgəri Vüsal Qaracayev hazırda Bakıda hərbi hospitalda müalicə olunur. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Vüsal Qaracayevin ailəsindən məlumat verilib. Əsgərin hərbi hospitalda müalicə olunması barədə məlumatı ailəsinə Vüsal Qaracayevin Bakıda yaşayan qohumları veriblər. Əsgərin anası Zeynəb Qaracayevanın sözlərinə görə, övladı Azərbaycan tərəfə təhvil verildikdən sonra dünənə qədər onun haqqında məlumata malik olmayıblar. “Vüsalın hospitalda müalicə olunmasını Bakıda yaşayan qohumlarımıza Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyi bildirib. Nümayəndəlik məni də Bakıya dəvət edib. Sabah Bakıya gedəcəyəm. Əminəm ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin köməyi ilə oğlumla görüşə biləcəyəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR