Bank Of Baku

Həyat yoldaşını öldürən 74 yaşlı Salyan rayon sakininə hökm oxunub

Həyat yoldaşını öldürən 74 yaşlı Salyan rayon sakininə hökm oxunub
# 10 yanvar 2007 16:27 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə öz həyat yoldaşı Səkinə Hüseynovanı qətlə yetirən 1932-ci il təvəllüdlü Əziz Səməd oğlu Hüseynova hökm oxunub. APA-nın məlumatına görə, məhkəmə yüngülləşdirici halları nəzərə alaraq 74 yaşlı Ə. Hüseynovu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edib. İttiham aktına görə, Ə. Hüseynov 2006-cı il avqustun 26-da gecə saat 23 radələrində yaşadığı Salyan rayonunun Arbatan kəndində həyat yoldaşı, 1933-cü il təvəllüdlü S. Hüseynovanı öldürmək qərarına gəlib və bu məqsədlə onu çarpayının üstünə yıxaraq boğub. Qatil öz əməlini arvadının onu bezdirməsi ilə əsaslandırıb.
Qeyd edək ki, Ə. Hüseynov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurdu. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR