Bank Of Baku

Azərbaycan Nəşriyyatı yaxın bir həftə ərzində çap və icarə qiymətlərini artıracaq

Azərbaycan Nəşriyyatı yaxın bir həftə ərzində çap və icarə qiymətlərini artıracaq
# 10 yanvar 2007 16:53 (UTC +04:00)
Nəşriyyatın direktor müavini Bəsti İsmayılovanın APA-ya verdiyi məlumata görə, hazırda nəşriyyat rəhbərliyi məsələylə bağlı araşdırmalar və məsləhətləşmələr aparır: “Nəşriyyatda 150 qəzet, 30-dan çox jurnal nəşr olunur və onların hər birinin ayrı-ayrılıqda hesablamalarını apardıqdan sonra çap qiymətlərini elan edəcəyik. Hələ indidən qiymətlərin neçə faiz qalxacağını bilmirik”. Otaqların icarə qiymətlərinin isə 50 faiz artırılacağını deyən B. İsmayılova bunu kommunal xərclərin iki dəfədən çox artması ilə izah edib: “ Bizim bu addımımız yalnız enerji daşıyıcılarının qiymətinin qalxması ilə bağlıdır”. B. İsmayılova bildirib ki, bu vaxta qədər nəşriyyatda icarə otaqların hər kvadrat metrinin qiyməti 1 manat 80 qəpik olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR