Bank Of Baku

Orqanizmində AİDS virusu aşkarlanan Azərbaycan vətəndaşı Tümen vilayətinə buraxılmayıb

Orqanizmində AİDS virusu aşkarlanan Azərbaycan vətəndaşı Tümen vilayətinə buraxılmayıb
# 10 yanvar 2007 16:59 (UTC +04:00)
Orqanizmində AİDS virusu aşkarlanan Azərbaycan vətəndaşı Tümen vilayətinə buraxılmayıb. APA-nın məlumatına görə, Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığı almaq və işləmək hüququ qazanmaq üçün sağlamlıq kağızı almaq istəyib. Analizlərdən sonra Azərbaycan vətəndaşının AİDS virusu daşıdığı müəyyənləşib. Bu barədə xəbər tutan azərbaycanlı ona sağlamlıq haqqında arayış verilməsini tələb edib, əks təqdirdə insanları məqsədyönlü şəkildə bu virusa yoluxduracağı ilə hədələyib. Qeyd edək ki, 2005-ci illə müqayisədə Tümen vilayətində AİDS virusuna yoluxanların 3.4 dəfə artıb. Araşdırmalar zamanı 106 əmək mühacirinin qanında AİDS virusu aşkarlanıb ki, bunların da 20 nəfəri Azərbaycan, 10 nəfəri Ermənistan vətəndaşıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR