Bank Of Baku

“Bank Respublika”nın baş ofisinə partlayıcı qurğu yerləşdirilməsi barədə yalandan məlumat verən şəxsin kimliyi müəyyənləşdirilməyib

“Bank Respublika”nın baş ofisinə partlayıcı qurğu yerləşdirilməsi barədə yalandan məlumat verən şəxsin kimliyi müəyyənləşdirilməyib
# 11 yanvar 2007 09:11 (UTC +04:00)
Dekabrın 15-də “Bank Respublika”nın baş ofisinə partlayıcı qurğu yerləşdirilməsi barədə yalandan məlumat verən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib. Bu barədə APA-ya Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsindən məlumat verilib. Məlumata görə, istintaq tərəfindən banka həmin gün daxil olan telefon zənglərinin müəyyənləşdirilməsi üçün aidiyyəti qurumlara sorğular göndərilib. Hələlik həmin sorğulara cavab gəlmədiyindən zəngin kim tərəfindən edildiyini müəyyən etmək mümkün olmayıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, ötən il dekabrın 15-də “Bank Respublika”nın baş ofisinə partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı anonim telefon zəngi edilib. Telefon zəngindən dərhal sonra polislər, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yanğınsöndürən və təcili tibbi yardım maşınları hadisə yerinə gəliblər. Bankın bütün işçiləri evakuasiya olunduqdan sonra binada axtarış aparılıb. İki saatdan artıq davam edən axtarış nəticəsində anonim telefon zənginin yalan olduğu müəyyənləşib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR