Bank Of Baku

BQXK əməkdaşları erməni əsirliyində olan Azərbaycan əsgəri Samir Məmmədova beşinci dəfə baş çəkərək, ailəsinin məktubunu ona çatdırıblar

BQXK əməkdaşları erməni əsirliyində olan Azərbaycan əsgəri Samir Məmmədova beşinci dəfə baş çəkərək, ailəsinin məktubunu ona çatdırıblar
# 11 yanvar 2007 09:29 (UTC +04:00)
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Gülnaz Quliyeva məlumat verib. Bu, komitə əməkdaşlarının azərbaycanlı əsirlə beşinci görüşüdür. Qurumun əməkdaşları ailəsinin əsirə yazdığı növbəti məktubu ona çatdırıblar. Ermənilərin dekabrın 31-də əsir götürdüyü və hazırda Azərbaycanın işğal olunmuş ərazisində saxlanılan Azərbaycan hərbçisi Eldəniz Nuriyevin ailəsinə yazdığı ilk məktub da ünvanına çatdırılıb. BQXK-nin Dağlıq Qarabağdakı ofisinin əməkdaşları əsirlə srağagün görüşüblər.
Qeyd edək ki, Qazaxdakı “N” saylı hərbi hissədə xidmət edən kiçik çavuş S.Məmmədov hərbi xidmətə 1 il əvvəl Bərdə Hərbi Komissarlığından çağırılıb. O, dekabrın 24-də xidmət etdiyi hərbi hissədən 15 km aralıda, neytral zonada Qazax-İcevan sərhədində əsir götürülüb. Azərbaycanlı hərbçinin üzərində silah-sursat olmayıb. 1976-cı il təvəllüdlü E.Nuriyev isə 2005-ci ilin iyulunda Ağsu rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, cəbhənin cənub istiqamətində, Füzuli rayonu ərazisində 2006-cı il dekabrın 31-də əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin azaraq əsir düşdüyünü açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR