Bank Of Baku

Qarabağ müharibəsi iştirakçısının ölümündə təqsirli bilinən polis əməkdaşları barəsindəki cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılacaq

Qarabağ müharibəsi iştirakçısının ölümündə təqsirli bilinən polis əməkdaşları barəsindəki cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılacaq
# 11 yanvar 2007 09:35 (UTC +04:00)
Qarabağ müharibəsi iştirakçısı Rasim Əlişovun ölümündə təqsirli bilinən Mingəçevir şəhər Polis İdarəsinin 4 əməkdaşı barəsindəki cinayət işi baxılmaq üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Nüşabə Ağayevanın icraatına verilib. Bu barədə APA-ya məhkəmədən məlumat daxil olub. Cinayət işinin materialları hakimin icraatına yeni verildiyindən iş üzrə hazırlıq iclasının vaxtı hələlik müəyyənləşdirilməyib.
Xatırladaq ki, R. Əlişovun 2006-cı il iyulun 25-də Mingəçevir Polis İdarəsinin binasında döyülərək öldürülməsindən sonra daxili işlər nazirinin əmri ilə idarədə xidməti təhqiqat aparılıb. Təhqiqat qrupunun rəyindən sonra nazir Ramil Usubovun əmri ilə idarənin cinayət-axtarış bölməsinin rəisi İlqar Abbasov və bölmənin əməliyyat müvəkkili Elçin Musayev vəzifələrindən azad olunublar, 3 nəfər polis əməkdaşına isə töhmət verilib. İlqar Abbasov daxili işlər orqanlarından xaric edilib və ona, həmçinin Elçin Musayevə, polis nəfərləri Ramiz Murquzova, Anar Həsənova Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR