Bank Of Baku

Rafiq Tağı və Samir Sədaqətoğlunun həbs müddəti daha 2 ay uzadılıb

Rafiq Tağı və Samir Sədaqətoğlunun həbs müddəti daha 2 ay uzadılıb
# 11 yanvar 2007 10:09 (UTC +04:00)
Yanvarın 10-da Nəsimi rayon Məhkəməsi Respublika Prokurorluğunun müraciəti əsasında yazar Rafiq Tağı və “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlunun həbs müddətini daha 2 ay uzadıb. Bu barədə APA-ya Respublika Prokurorluğunun mətbuat xidmətinin rəisi Vüqar Əliyev məlumat verib. İstintaqın mövqeyini ədalətsiz hesab edən S. Sədaqətoğlunun qardaşı Sabir Sədaqətoğlu isə bildirib ki, Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək. O, həmçinin qeyd edib ki, R. Tağı və S. Sədaqətoğluna gündəlik qəzetlərin çatdırılması problemə çevrilib: “Təcridxananın rəhbərliyi qəzetlərin vaxtlı-vaxtında çatdırılmasına imkan vermir. Halbuki ombudsman Elmira Süleymanova bu problemin həllini təcridxananın rəhbərliyinə tövsiyə edib”.
Qeyd edək ki, R. Tağı və “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu barəsində Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR